Deoxa Indonesian Channels

lisensi

Advertisement

Advertisement
GM_MONSTER
2 окт. 2013 г., октября 02, 2013 WIB
Last Updated 2014-06-28T08:23:49Z
Azərbaycan filmləri

Bizim Cəbiş müəllim (film, 1969)

Advertisement
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci Gecəsi" ssenarisi əsasında çəkilib.

Rejissor Makedon roluna Aqil Ağacanovu təsadüfən çəkmişdi. Aktyorla bulvarda təsadüfən nərd oynayan rejissor nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırdı.
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib: "Doğrudan da, bu filmdə Həsən Seyidbəyli, təbii ki, filmin ssenari müəllifi Maqsud İbrahimbəyovla birgə çox cəsarətli addım atmışdır. Belə ki, o, mənim yaratdığım Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkara çıxarmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim Cəbiş Müəllim" filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur"