Advertisement
“Axırıncı aşırım” filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib atlıların ardınca
yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor qısa bir çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə yuxarıda deyilənləri sübut edir